📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda apteklər dərman satışından nə qədər qazanıb? - ŞOK RƏQƏM

2023-07-13 11:11:00

Azərbaycanda apteklər dərman satışından nə qədər qazanıb? - ŞOK RƏQƏM

2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 624.6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Hurriyyet.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 7.3% azalıb.

Bu ilin 6 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.