📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda avtobus sürücüsü sükan arxasında ÖLDÜ

2022-04-29 20:49:00

Azərbaycanda avtobus sürücüsü sükan arxasında ÖLDÜ

Gəncə  şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.

Hurriyyet.az xəbər verir ki, Unikal.org-ın məlumatına görə hadisə bu gün axşam  saatlarında şəhərin Şah İsmayıl Xətai prospekti qeydə alınıb.

Prospektlə  hərəkətdə olan 9 nömrəli xətti üzrə hərəkət edən  marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü İlqar  Orucov sükan arxasında dünyasını dəyişib. Özünü narahat hiss edən sürücü avtobusu saxlaya bilib. İlkin məlumata görə, o, infarkt (ürək tutmasından) keçirib.
Faktla bağlı araşdırma aparılır.