📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda bayram namazı qılındı

2022-05-02 09:30:00

Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Hurriyyet.az-ın məlumatına görə, ölkənin bütün məscidlərində bayram namazı qılınıb. 

Bayram namazı Göy məscid və Əjdərbəy məscidində saat 09:00-da qılınıb. Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Fransanın Strasburq şəhərinə səfərə yola düşdüyü üçün bayram namazında iştirak etməyib. 

Qeyd edək ki, ki, Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri qeyri-iş günüdür.