Azərbaycanda bələdiyyə cərimələndi
2022-08-19 22:20:00
Binəqədi rayonunun Biləcəri bələdiyyəsinə cərimə protokolu yazılıb.
Şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İddia hakim Aynurə Sadıqovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası avqustun 29-na təyin edilib. \\Pravda.az