Azərbaycanda bu avtomobillərin satışı ƏDV-dən azad edildi
2023-07-17 16:50:00
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.
Hurriyyet.az xəbər verir ki, dəyişikliyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunub.
Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.