📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda bu federasiya fəaliyyətini dayandırdı

2025-03-05 11:17:06

Azərbaycanda bu federasiya fəaliyyətini dayandırdı

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini dayandırıb.

Hurriyyet.az xəbər verir ki, federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub.

Qurum 2002-ci ildə yaradılmışdı, 2020-ci il avqustun 20-də federasiyada kadr dəyişikliyi olmuş, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev federasiyanın sədri seçilmişdi.

Qeyd edək ki, Naxçıvanda daha əvvəl bir neçə federasiya fəaliyyətini dayandırıb.