“Azərbaycanda bu maşından ancaq məndə var”
2022-12-17 19:12:00
Müğənni Cavad Rəcəbov avtomobili ilə gündəmə gəlib.
Hurriyyet.Az xəbər verir ki, onun maşını "7 canlı" proqramında nümayiş olunub. C.Rəcəbov bildirib ki, maşını 30 ildir ondadır:
"Azərbaycanda bu maşından ancaq məndə var. Az sürürəm, 5 ildir ki, heç sürə bilmirdim. Matoru dağılıb. 1995-ci ilin Amerika istehsalı "Cadillac"dır. 5 ildir onun hissələrini Amerika, Dubay və bir çox ölkədən gətizdirirəm. Bir həftə əvvəl hər şeyi tapmışam. Bunun üstündə 10 maşın dəyişmişəm, bircə, bu qalıb".

Axşam.az