Azərbaycanda bu qanuna yenidən BAXILACAQ
2021-09-09 13:46:00
“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna bütövlükdə yenidən baxmağı planlaşdırırıq”.
Hurriyyet.az xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.
O deyib ki, bu qanun uzun illər əvvəl qəbul olunub: “Həmçinin qanuna çoxlu sayda əlavə və dəyişikliklər edilib. Ona görə də bu sənədə bütövlükdə baxacağıq”.
Qeyd edək ki, hazırda qüvvədə olan “Əhalinin sağlamlığının qorunması haqqında” qanun 1997-ci ildə qəbul edilib.