📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda bu qaydalara dəyişiklik edilir

2021-10-30 10:03:00

Azərbaycanda bu qaydalara dəyişiklik edilir

Azərbaycanda vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarına dəyişiklik edilir.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə qanunda "vəkil qurumu" anlayışı dəqiqləşdirilir.

Belə ki, təklif olunan dəyişikliklə vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətilərini əlaqələndirən hüquqi şəxsdir.