Azərbaycanda bu şəxslər inzibati qaydada həbs edilə bilməz - RƏSMİ
2022-04-13 10:45:00
Azərbaycanda fiziki şəxslər barəsində tətbiq edilən 7 növ tənbeh tədbiri nəzərdə tutulub.
Hurriyyet.az xəbər verir ki, tənbeh tədbirləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsində öz əksini tapıb.
İnzibati tənbeh növləri aşağıdakılardır:
- Xəbərdarlıq;
- İnzibati cərimə;
- İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi;
- Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması;
- İctimai işlər;
- Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma;
- İnzibati həbs.
Qeyd edək ki, inzibati həbs, yalnız müstəsna hallarda müvafiq maddələrdə nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir.
Bu şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz:
- Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar,
- On dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər,
- On səkkiz yaşına çatmayan şəxslər,
- Birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər,
- Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar,
- Altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər.