📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı

2025-01-24 09:38:51

Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı

Naxçıvan Dövlət Universiteti əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 15% artırılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə müvafiq qərar imzalanıb.

Qərara əsasən, ali məktəbin dekan və dekan müavinlərinin aylıq vəzifə maaşına 30%-ə qədər əlavə edilib.

Kafedra müdirlərinin akademik və keyfiyyət meyarları əsasında qiymətləndirilməsinə və dərs yükünə görə aylıq vəzifə maaşı 20%-ə qədər artırılıb.

Tibb fakültəsinin professor-müəllim heyətinin aylıq vəzifə maaşına 40%-ə qədər əlavə edilib.

Tədrisi ingilis dilində olan ixtisaslarda tədrislə məşğul olan professor-müəllim heyətinin aylıq vəzifə maaşında artım isə 90%-ə qədər olub.