📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda bu şirkətin direktoru istefa verdi

2025-02-28 17:37:51

Azərbaycanda bu şirkətin direktoru istefa verdi

"Gəmi Təmir Tikinti" ASC-nin direktoru Həsənağa Həsənov vəzifəsindən istefa verib.

Hurriyyet.az xəbər verir ki, o, öz xahişi ilə işdən azad edilməsi üçün ərizə yazıb.

ASC onun vəzifədən azad edilməsi və yeni direktorun təyin edilməsi məsələsinə baxılması üçün səhmdarlarının ümumi yığıncağını çağırıb. Yığıncaq martın 5-i saat 11:00-na təyin olunub.

Qeyd edək ki, "Gəmi Təmir Tikinti" ASC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi də Həsənağa Həsənovdur.

İqtisadiyyat.az