Azərbaycanda bu valideynlərə pensiya güzəşti edilə bilər
2022-05-05 15:58:00
Azərbaycanda 5 uşağı olanlara pensiya güzəşti edilə bilər.
Hurriyyet.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deyib.
"Bir müddət sonra 5 və daha çox uşağı olanlara güzəştli pensiya təminatının olmasına baxa bilərik”, - o, bildirib.
Report.az