Azərbaycanda bu vəzifəli şəxs öz ərizəsi ilə işdən çıxdı
2023-06-23 16:44:00
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov işindən ayrılıb.
Hurriyyet.az xəbər verir ki, prosport.az-ın əldə etdiyi məlumata görə, o, dünən işdən çıxmaq haqqında ərizəsini yazıb.
Gənclər və İdman Nazirliyi tərəfindən Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsində çalışması təklif olunsa da, o, bu vəzifədən imtina edib. Nazirlik Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsinə təyinatı yaxın günlərdə açıqlayacaq.
Qeyd edək ki, Raqif Abbasov 1999-2001-ci illərdə Gənclər və İdman Nazirliyində baş məsləhətçi, 2002-2005-ci illərdə sektor müdiri, 2005-2007-ci illərdə mətbuat katibi-şöbə müdiri vəzifələrində işləyib. O, 2007-ci ildən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.