Azərbaycanda bu xidmətlərin qiyməti ARTDI
2024-09-14 19:22:00
Bu ilin avqust ayında Azərbaycanda poçt və kuryer xidmətlərinin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 % artıb.
Hurriyyet.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin yanvar-avqust aylarında adıçəkilən xidmətlər bir il əvvəlki dövrünə nisbətən 0,6 % bahalaşıb.
Bundan başqa, ötən ay rabitə xidmətlərinin qiyməti 1 il əvvəllə müqayisədə 0,3 %, ilk 8 ayda isə (illik müqayisədə) 0,3 % artıb.