📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda bütün siqaretlər bahalaşdı

2022-06-02 14:03:00

Azərbaycanda bütün siqaretlər bahalaşdı

Azərbaycanda siqaretin qiyməti bahalaşıb.

Hurriyyet.az əməkdaşının verdiyi məlumata görə, bu gün Bakının böyük marketlərində bütün siqaretlərin qiyməti 10 qəpik baha satılır.

Qeyd edək ki, bir müddət öncə bəzi siqaret markalarının istehsalında problem yaranmışdı. Buna səbəb isə Ukraynadan idxal edilən tütün məmulatlarının idxalında yaranmış maneə göstərilirdi.