📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda ciddi struktur dəyişiklikləri gözlənilir - AÇIQLAMA

2023-10-18 15:29:21

Azərbaycanda ciddi struktur dəyişiklikləri gözlənilir - AÇIQLAMA

2024-cü il büdcəsində seçki xərclərinin kəskin artırılması ölkədə yeni konstitusiya islahatlarına işarə edir. 

Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O islahatların bir neçə istiqamətini açıqlayıb:

"İslahatlara icra hakimiyyəti institutunun ləğvi, mer institutu və yerli özünüidarə institutlarının yaradılması və səlahiyyət verilməsi, 14 iqtisadi rayonun inzibatı-ərazi vahidinə çevrilməsi, proporsional seçkiyə keçid, parlamentin və hökumətin səlahiyyətlərinin dəqiqləşdirilməsi, Naxçıvanın statusunun ləğvi, və s. daxil ola bilər".

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 110,9 milyon manatı və yaxud 0,3%-i seçkilərin keçirilməsi və statistika tədbirləri xərclərinin payına düşəcək. Bu isə 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,4 dəfə çoxdur.


Ölkə.Az