Azərbaycanda daha bir DƏHŞƏTLİ QƏZA: ÖLƏNLƏR VAR - FOTO
2022-07-23 17:22:00
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Ford" markalı avtomobillə yük maşını (TIR) toqquşub.
Hurriyyet.az Report-a istinadla xəbər verir ki, hadisə magistral yolun 108-ci km-də baş verib.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü vəfat edib.
Faktla bağlı araşdırma aparılır.


