📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda daha bir general ehtiyata buraxıldı

2024-01-13 17:30:25

Azərbaycanda daha bir general ehtiyata buraxıldı

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ehtiyata buraxılıb.

Hurriyyet.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq Sərəncam imzalanıb.

Hələ ki, onun yerinə təyinatla bağlı ictimaiyyətə məlumat verilməyib.

Qeyd edək ki, dünən müdafiə nazirinin müavini, general-leytenant Ənvər Əfəndiyev ehtiyata buraxılıblar.