Azərbaycanda daha bir qadın bıçaqlanaraq öldürüldü
2023-11-24 09:53:37
Zaqatalada qadın qətlə yetirilib.
Hurriyyet.az APA-ya istinadən məlumat verir ki, hadisə təxminən 09:00 radələrində şəhərin Həzi Alsanov küçəsində, Zaqatala rayon Mərkəzi Xəstəxananın yaxınlığında qeydə alınıb. Hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.
Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.