📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda daha bir şagird qəflətən vəfat etdi FOTO

2022-04-13 10:52:00

Azərbaycanda daha bir şagird qəflətən vəfat etdi FOTO

Bakıda şagird dünyasını dəyişib.

Hurriyyet.az Lent.az-a istinadla xəbər verir ki, Bakı şəhəri Sabunçu rayonunda yerləşən 67 saylı orta məktəbin şagirdi vəfat edib.

8-ci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun qəfil dünyasını dəyişdiyi bildirilir.

Hurriyyet.az xatırladır ki, bir neçə gün öncə Cəlilabad V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin VI sinif şagirdi Bağıyev Elçin Faiq oğlu da dərs zamanı anidən dünyasını dəyişmişdi.