📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda daha bir siyasi partiya fəaliyyətini dayandırdı

2023-06-05 16:06:00

Azərbaycanda daha bir siyasi partiya fəaliyyətini dayandırdı

Azərbaycanda daha bir partiya özünü buraxıb. 

Hurriyyet.az xəbər verir ki, Milli Demokrat-İdrak Partiyası fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb. 

Partiya 1992-ci ilin noyabr ayında dövlət qeydiyyatına alınıb, sədri Osman Əfəndi olub. 

Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 23-ə çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır: 

1. Qorqud Partiyası

2. Azərbaycan Kommunist Partiyası 

3. Azərbaycan Tərəqqi Partiyası

4. Vahid Azərbaycan Milli Birlik Partiyası

5. Aydınlar Partiyası

6. Müstəqil Xalq Partiyası (MXP)

7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP)

8. Yeni Yol Partiyası 

9. Azərbaycan Respublikaçılar Partiyası 

10. Müstəqil Azərbaycan Partiyası 

11. Azərbaycan Vahid Kommunist Partiyası 

12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) 

13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 

14. Milli Vəhdət Partiyası (MVP) 

15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 

16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 

17. Azərbaycan Təkamül Partiyası 

18. Birlik Partiyası 

19. Azərbaycan Azad Respublikaçılar Partiyası 

20. Milli Konqres Partiyası 

21. Vətənpərvərlər Partiyası 

22. Vətəndaş Birliyi Partiyası 

23. Milli Demokrat-İdrak Partiyası 

yenisabah.az