📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda daha bir "TikTok"çu saxlanıldı

2023-03-27 17:48:00

Azərbaycanda daha bir

"TikTok" sosial şəbəkəsində açdığı yayımlarla məşhurlaşan və daha çox söyüşlü videolarla gündəmə gələn Əmrah Məhərrəmov saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, Azxeber.com-un əldə etdiyi məlumata görə, Gürcüstandan ölkəyə qayıdan "TikTok"çu hava limanında saxlanılıb və Nərimanov Rayon Məhkəməsinə gətirilib.

Qeyd edək ki, bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlunun bir sıra "TikTok"çudan DİN-ə şikayət edib. Onların arasında Əmrah Məhərrəmov da olub. Lakin adıçəkilən şəxs Gürcüstanda olduğu üçün saxlanılması mümkün olmayıb. Bu gün ölkəyə gələn Ə. Məhərrəmov saxlanılıb.

Xatırladaq ki, o, daha əvvəl də canlı yayımda işlətdiyi ifadələrə görə saxlanılıb və həbsdə olub.