📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda daha bir uşaq qızılcadan vəfat edib

2023-12-15 09:12:29

Azərbaycanda daha bir uşaq qızılcadan vəfat edib

Şəmkirdə dörd yaşlı uşaq vəfat edib. 

Hurriyyet.az-ın məlumatına görə, rayon sakini, 2019-cu il təvəllüdlü H.Allahyarov Şəmkirdən Gəncə şəhərinə gətirilən zaman yolda dünyasını dəyişib. 

Onun qızılca xəstəliyindən öldüyü bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son bir ay ərzində Azərbaycanın müxtəlif bölgələrində qızılcadan artıq yeddinci uşaq dünyasını dəyişir.

oxu.az