📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda DƏHŞƏT: Xəstəni xilas etməyə gedirdi, özü öldü

2026-09-28 12:18:03

Azərbaycanda DƏHŞƏT: Xəstəni xilas etməyə gedirdi, özü öldü

Sumqayıt şəhərindən Abşeron rayonunun Masazır kəndində ağır xəstə çağırışına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü İsmayıl Məmmədovun qəfildən halı pisləşib.

O, həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra ürək tutması nəticəsində vəfat edib.

Həkimlərin sözlərinə görə, İ.Məmmədov yol boyu ürəyində ağrı hiss etsə də, “Sizi xəstənin yanına çatdırım, mən bir təhər dözərəm” deyərək öz ağrısına baxmayaraq işini davam etdirib.

Həkimlər xəstəyə yardım göstərib aşağı düşdükdə isə İ.Məmmədovun sükan arxasında vəfay etdiyini görüblər./Ölkə.az/