📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda dəhşətli avtobus qəzası - ölən və yaralananlar var

2022-03-29 13:17:00

Azərbaycanda dəhşətli avtobus qəzası - ölən və yaralananlar var

Ağstafada baş verən yol qəzasında 2 nəfər ölüb.

Hurriyyet.az APA-ya istinadən bildirir ki, Bakı-Qazax magistral yolunun rayonun Köçəsgər kəndindən keçən hissəsində "Mersedec-Sprinter" markalı mikroavtobus qoşqulu yük maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb.

Xəsarət alan bir neçə nəfər Ağstafa və Qazax xəstəxanalarına aparılıb.

Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə işləyirmiş.