📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda dəhşətli hadisə: Ölən və yaralılar var

2022-04-11 20:19:00

Azərbaycanda dəhşətli hadisə: Ölən və yaralılar var

Salyanda ağır yol nəqliyyat hadisəsi baş verib. 

Hadisə rayonun köhnə Ələt-Astara magistralının Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ceep” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində ölüb, iki nəfər Masallı rayon sakinləri, 1962-ci il təvəllüdlü Abıyev Məhəmmədqulu Əıiş oğlu, 1970-ci il təvəllüdlü Abıyeva Sevil nüsrət qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, hadisə Masallıdan yas mərasimindən qayıdarkən baş verib.

Faktla bağlı araşdırma aparılır. \\Report