Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Meyiti güclə çıxardılar
2021-12-30 10:54:00
Goranboyda avtomobil qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən Hurriyyet.az-a verilən məlumata görə, rayonun Qızılhacılı qəsəbəsində “VAZ” markalı minik avtomobili və “Belorus” markalı traktor toqquşub.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 63 yaşlı Məmmədov Məşdi Sabir oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.