📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda deputat atasının yerinə partiya sədri olacaq – FOTO

2025-08-13 15:05:31

Azərbaycanda deputat atasının yerinə partiya sədri olacaq – FOTO

Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının bir neçə ay sonra keçiriləcək qurultayında sədr postuna öz namizədliyini irəli sürəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə yayılan məlumatı “Modern.az”a açıqlamasında partiyanın hazırkı sədri, deputatın atası Fəzail Ağamalı təsdiq edib.

“Bir müddət əvvəl ona jurnalistlərdən biri partiyanın vəziyyəti və digər məsələlərlə bağlı suallar verəndə partiyanın sədrliyinə namizəd olacağını deyib. Bəli, belə olacaq”,- F.Ağamalı qeyd edib.