📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda direktor koronavirusdan vəfat etdi

2022-02-05 11:16:00

Azərbaycanda direktor koronavirusdan vəfat etdi

Bakı Mühəndislik Universitetinin Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Cəmil Məmmədov koronavirusdan vəfat edib.

Hurriyyet.az xəbər verir ki, 40 yaşlı C. Məmmədov təxminən bir ay əvvəl COVID-19-a yoluxub. Bu müddət ərzində xəstəliklə mübarizə aparsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, C. Məmmədov daha əvvəl Bakı Mühəndislik Universitetində Pedaqogika kafedrasının müdiri işləyib. O, Türkiyənin Uludağ Universitetində Xarici dil müəllimliyi (ingilis dili üzrə) bakalavr, İstanbul Universitetində Təhsilin təşkili və idarə olunması ixtisası üzrə magistr təhsili alıb.