📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda dönərdən kütləvi zəhərlənmə oldu

2022-06-09 09:07:00

Azərbaycanda dönərdən kütləvi zəhərlənmə oldu

Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınıb.

Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.

Hazırda fakt araşdırılır.