📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda dönərxanalarda YOXLAMA: hansı nöqsanlar tapıldı?

2024-08-15 17:49:34

Azərbaycanda dönərxanalarda YOXLAMA: hansı nöqsanlar tapıldı?

Azərbaycanda 310 dönərxanada yoxlama keçirilib.

Hurriyyet.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, monitorinq keçirilən 310 müəssisədə sanitar-gigiyenik və sanitar-texniki vəziyyət qiymətləndirilib ki, onlardan 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə isə bir sıra nöqsanlar aşkar edilib.

Monitorinq çərçivəsində 209 müəssisə üzrə 220 toyuq əti, 74 mal əti olmaqla, ümumillikdə,  294 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. 64 dönər nümunəsində (47 toyuq əti və 17 mal əti) E.Coli bakteriyası, 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası və 1 mal ətindən dönər nümunəsində toyuq əti DNT-si aşkar edilib. 158 müəssisə üzrə 215 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.

lent.az