📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək

2026-08-05 15:49:02

Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək

Avqustun 10-14-də Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublikanın bir sıra şəhər və rayonlarında yerləşən təsərrüfatlarda donuzlarla bağlı epizootoloji monitorinqlər keçiriləcək. 

Hurriyyet.Media xəbər verir ki, donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunub saxlanılması, eləcə də digər xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə keçirilən monitorinqlər təsadüfi seçmə üsulu ilə müəyyən edilmiş ərazilərdə, fərdi və fermer təsərrüfatlarında aparılacaq.

Monitorinqlər zamanı laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, həmçinin maarifləndirmə tədbirləri həyata keçiriləcək.