📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda DYP avtomobili qəza törətdi - Piyada xəsarət aldı

2023-01-16 10:11:00

Azərbaycanda DYP avtomobili qəza törətdi - Piyada xəsarət aldı

Xudat-Xaçmaz şosesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.

Hurriyyet.az xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı BMW markalı avtomobil vurub.

Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıblar.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. (APA)