📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda əhali sayı artıb

2026-09-17 11:07:34

Azərbaycanda əhali sayı artıb

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb.

Hurriyyet.media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DK) məlumat yayıb.

Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.