Azərbaycanda ər arvadını öldürdü
2023-07-17 15:26:00
İsmayıllı rayonunda qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, iyulun 17- də saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Aytən Etibar qızı Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Etibar Əbülfəz oğlu Bədəlov polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib.