📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda evdə partlayış olub: Ana və iki körpənin vəziyyəti ağırdır

2023-06-17 19:45:00

Azərbaycanda evdə partlayış olub: Ana və iki körpənin vəziyyəti ağırdır

Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

Hadisə bu gün rayonunun Aşağı Göynük kəndində baş verib.

Partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlı Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu ağır xəsarət alıblar. Hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.\\APA