📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda evlənən hər 2-3 nəfərdən 1-i boşanır – Statistika

2024-01-17 15:00:37

Azərbaycanda evlənən hər 2-3 nəfərdən 1-i boşanır – Statistika

 

Ötən ilin ilk 11 ayında Azərbaycanda 49 min 549 nikah və 19 min 761 boşanma halı qeydə alınıb.

Hurriyyet.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Son bir ildə nikahların sayı 13% azalıb, boşanmaların sayı 36% artıb.

Son 2 ilin yanvar noyabr aylarında nikah və boşanmlar aşağıdakı kimi olub:

  Nikah Boşanma
2022-ci il yanvar-noyabr 57 033 14 525
2023-cü il yanvar-noyabr 49 549 19 761

yeniavaz.com