📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda faciə: maşınla kanala düşüb boğuldular - FOTO - VİDEO

2021-12-06 11:25:00

Azərbaycanda faciə: maşınla kanala düşüb boğuldular - FOTO - VİDEO

Avtomobilin kanala düşməsi ölümlə nəticələnib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb.

Sabirabad rayonunun Nərimankənd kənd sakinləri, 1990-cı il təvəllüdlü Bayramov Fəyyal Eldar oğlu idarə etdi “QAZ-31” markalı 54 BM 990 dövlət nömrə nişanlı avtomobil sürətlə hərəkətdə olarkən kənd ərazisində yerləşən Sabir adına kanala aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qubad oğlu suda boğularaq ölüblər. Meyitləri sudan çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad YMX-nın xüsusi riskli xilasetmə qüvvələri cəlb edilib.

Meyitlər sudan çıxarılaraq müayinə olunmaq üçün Sabirabad Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya mərkəzinə yerləşdirlib.