📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda fahişəliklə məşğul olan iranlı tələbələr qovuldu

2025-01-16 10:27:41

Azərbaycanda fahişəliklə məşğul olan iranlı tələbələr qovuldu

Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan İran vətəndaşlarının fahişəliklə məşğul olduğu müəyyən edilib.

Hurriyyet.az xəbər verir ki, MOUZE teleqram kanalı bununla bağlı maraqlı faktlar əldə edib.

Bildirilib ki, bu tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər. Onların burada ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları məlum olub.

Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub. Daha 5 nəfər ölkədən deportasiya edilib.

Modern.az