📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda futbol matçları təxirə salındı

2025-02-21 20:10:22

Azərbaycanda futbol matçları təxirə salındı

Futbol üzrə Azərbaycan çempionatının II Liqasının matçları təxirə salınıb.

Hurriyyet.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Buna səbəb paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti olub.

PFL II Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.

Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.