📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda futbolsuz qalan şəhər və rayon stadionları - VİDEO

2024-03-09 23:04:39

Azərbaycanda futbolsuz qalan şəhər və rayon stadionları - VİDEO

Respublikanın bir çox şəhər və rayonları futbol üzünə həsrətdir.

İllər öncə tikilmiş və istifadəyə verilmiş arenaların əksəriyyətinin qapıları bu gün qıfıllıdır.

Vaxtilə ölkə çempionatında çıxış etmiş klublar fəaliyyətini dayandırdığından, onlar da diqqətdən kənarda qalıb.

«İdman TV»nin tanınmış şərhçisi Rəşad Rafiqoğlu bununla bağlı araşdırma aparıb, ortaya maraqlı faktlar çıxarıb.

O bildirib ki, belə məkanlar Avropada klubların əsas gəlir mənbələrindən biridir, Azərbaycanda isə futbol biznesi bu səviyyəyə gəlib çatmayıb.