📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda gənc aktrisa dünyasını dəyişdi

2022-07-18 10:38:00

Azərbaycanda gənc aktrisa dünyasını dəyişdi

Bakı Uşaq və Gənclər Teatrının 29 yaşlı aktrisası dünyasını dəyişib.

Hurriyyet.az xəbər verir ki, bu haqda teatrın feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, teatrın aktrisası Gülnar Əlizadə vəfat edib.

Qeyd edilib ki, o, 2015-ci ildən Bakı Uşaq və Gənclər Teatrının aktrisası kimi fəaliyyət göstərib. Evli idi, iki yaşlı qızı var.