📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda general İŞDƏN ÇIXARILDI

2022-08-02 19:38:00

Azərbaycanda general İŞDƏN ÇIXARILDI

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev vəzifəsindən azad olunub.

Bununla bağlı müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla Bəhruz Quliyev Dövlət Gömrük Komitəsinə yeni sədr müavini təyin edilib.

B.Quliyev DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin yerinə təyin olunub.

 

Qeyd edək ki, Bəhruz Quliyev 2022-ci ilə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.

O, Dövlət Gömrük Komitəsinin sabiq rəisi Səfər Mehdiyevin əmri ilə tutduğu vəzifədən uzaqlaşdırılıb. \\Milli.Az