📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi

2024-12-20 11:55:01

Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi

Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini - Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib.

Hurriyyet.az xəbər verir ki, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

General-leytenantın yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur.

Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.

qafqazinfo.az