📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda güclü sel maşınları APARDI - VİDEO

2022-06-22 20:15:00

Azərbaycanda güclü sel maşınları APARDI - VİDEO

Goranboyda güclü yağış bir sıra fəsadlarla nəticələnib.

Hurriyyet.az xəbər verir ki, bu gün rayonun Ağcakənd qəsəbəsinə güclü sel gəlib.

Belə ki, sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkəti çətinləşib.

Bir neçə avtomobili selin apardığı, evlərə su dolduğu və hazırda yağışlı hava şəraitinin davam etdiyi qeyd edilir (oxu.az).