Azərbaycanda güclü zəlzələ oldu - Yeniləndi
2023-07-26 12:34:00
Xəzər dənizində zəlzələ olub.
Hurriyyet.az xəbər verir ki, təkanlar 4.7 bal maqnitudalı olub.
Yeraltı təkan Azərbaycanın cənub rayonlarında hiss edilib.
***
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.
Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.