Azərbaycanda hava yenidən soyuyacaq
2022-01-14 13:13:00
“Yanvarın 16-sı axşam saatlarında, 17-si gündüzədək ölkə ərazisindən növbəti soyuq atmosfer cəbhəsinin keçməsi proqnozlaşdırılır”.
Hurriyyet.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, bununla əlaqədar ölkə ərazisində yağıntılı hava şəraiti olacaq: “Prosesin intensivliyi haqqında daha dəqiq məlumat yaxın günlərdə veriləcək”