Azərbaycanda hərbçilər avtomobil qəzasında həlak oldular - YENİLƏNİB + FOTO
Aprelin 2-də saat 21:00 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində F.İbrahimli idarə etdiyi VAZ-2107 markalı avtomobili divara vurub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı oxu.az-a açıqlamasında bildirib ki, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır:
“Avtomobildəki sərnişin E.Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada dünyasını dəyişib”.
Məlumata görə, hər iki şəxs hərbçi olub.
****
Aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində ağır yol qəzası baş verib.
Hurriyyet.az xəbər verir ki, F.İbrahimli idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı evə çırpıb. Nəticədə avtomobildəki sərnişin, Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Emin Nizami oğlu Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, E.Məmmədov Azərbaycan Ordusunun hərbi qulluqçusudur.

qafqazinfo.az