📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda icra başçısının müavini vəfat etdi

2024-05-09 11:43:27

Azərbaycanda icra başçısının müavini vəfat etdi

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini dünyasını dəyişib.

Hurriyyet.az xəbər verir ki, “report”un məlumatına görə, icra başçısının müavini Zərinə Cavadova mayın 9-da səhər saatlarında yaşadığı evdə xəstəlikdən vəfat edib.

Məlumata görə, 64 yaşlı xanım müavin son illər onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Zərinə Ələkbər qızı Cavadova 1960-cı ildə Şəkidə anadan olub. Tanınmış pedaqoq, tarix elmləri namizədi olan Zərinə Cavadova 2006-cı ildən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.